Topaz Premyer Liqasının ikinci turuna yekun vurulub | |
Topaz Premyer Liqasının ikinci turuna yekun vurulub. Sonuncu görüşdə ötən mövsümün gümüş mükafatçısı "İnter" komandası "Neftçi" kollektivi üzərində 1:0 hesablı qələbə qazanıb. "İnter Arena"da keçirilən matçda yeganə qolu qarşılaşmanın 45-ci dəqiqəsində Denis Silva vurub. Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunda "Neftçi"nin heyətində Xuan Alberta, "İnter"də isə İlkin Qırtımov qırmızı vərəqə ilə cəzalandırılıb. Matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze deyib: "Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz bəzi problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməməyimiz öz təsirini göstərir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı". "Neftçi"nin baş məşqçisi Samir Əliyev isə bildirib ki, futbolçular qələbə qazanmaq üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Məqsədimiz ikinci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də meydanda on nəfər qaldıqdan sonra imkanlarımızın çoxalmasına baxmayaraq qol vura bilmədik". |
|
Xəbər 771 dəfə oxundu. |
|
|