Starkov daha 3 transfer istəyir
“İnqloştad”la oyunda Vukaşin Tomiç özünü pis göstərmədi. Amma o, hələ baxışdadı”. İdman.com.az xəbər verir ki, bu sözü “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.

“Ağ-göylər” serbiyalı Vukaşin Tomiçi düşərgəyə dəvət ediblər. 1987-ci ildə Serbiyada dünyaya gələn futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində Serbiyanın “Napredak”, “Trayal”, “Kopaonik”, “Jaqodina” və “Mladost” (Lukani) klublarında forma geyinib.

Starkov bu futbolçu ilə hələ müqavilənin bağlanıb-bağlanmayacağını bilmir: “Onunla müqavilə bağlayıb-bağlayamayacağımızı bilmirik. Müqavilədən danışmaq hələ tezdir”. Latviyalı mütəxəssis yeni transferlərlə bağlı daışıb: “Daha üç transfer istəyirəm. Hücum xəttini gücləndirmək lazımdır”.

Xəbər 1130 dəfə oxundu.