İtaliyalı baş məşqçi: Qəbələdə keçirilən Dünya Kuboku yarışları çox gözəl təşkil edilib | |
Qəbələdə keçirilən Dünya Kuboku yarışları çox gözəl təşkil edilib.Məskunlaşdığımız yerdən tutmuş, ən xırda məsələlərə qədər hər şey ürəyimizcədir. Bu sözləri müsahibəsində İtaliyanın atıcılıq üzrə yığma komandasının baş məşqçisi, Olimpiya çempionu Andrea Benelli deyib. Andrea Benelli Qəbələdə təşkil edilən atıcılıq üzrə Dünya Kuboku yarışlarında İtaliya milli yığma komandasının üzvlərinin ötən iki gündə uğurla çıxış etdiyini bildirib: “Bu yarışlarda ilk qızıl medalı İtaliyanın qadın atıcısı Katyuşa Spada qazandı. Dünən isə dairəvi səngər stend üzrə kişilərin yarışında Qabriele Rossetti bürünc medal əldə etdi. Bizim idmançılar bu yarışda inamlı qələbə qazanmağı qarşıya məqsəd qoyub. Gələn il İtaliyada da Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları keçiriləcək”. İtaliyalı baş məşqçi Qəbələdə yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayıb: “Buranın insanları çox mehribandırlar. Bizə qarşı xoş münasibət göstərirlər. Hər şey əladır”. Andrea Benelli əvvəllər də Bakıda və Qəbələdə olduğunu bildirərək deyib: “Çox gözəl yerlərdir. Buradan məmnun qalmamaq mümkün deyil. Qəbələdəki atıcılıq kompleksində yarış poliqonu da əladır. Həmçinin idmançıların boş vaxtlarını səmərəli keçirmələri üçün gözəl proqram tərtib edilib. Əminəm ki, burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək”. AZƏRTAC |
|
Xəbər 1001 dəfə oxundu. |
|
|