“Qəbələ” – “Apollon” oyununa ikinci UEFA nümayəndəsi təyin olunub | |
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilmiş “Apollon” – “Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək cavab qarşılaşmasına daha bir UEFA nümayəndəsi təyin edib. “Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq. AZƏRTAC |
|
Xəbər 739 dəfə oxundu. |
|
|