Zlatomir Kovaçev Avropa çempionatında 5-ci yeri tutub | |
Avqustun 1-dən və 9-dək İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa çempionatı davam edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edir. Yarışlarda “Zirvə” İdman Klubunun xarici filiallarının üzvləri də iştirak edirlər. Yaşı 15-ə qədər olan atletlərin mübarizəsində “Smolyan-Zirvə” klubunun təmsilçisi Zlatomir Kovaçev (85 kq) körpücük üzərinə çıxıb. Ümumilikdə 246 kq (109+137) nəticə göstərən Z. Kovaçev yekun sıralamada 5-ci yeri tutub. |
|
Xəbər 933 dəfə oxundu. |
|
|