Azərbaycan iki beynəlxalq şahmat turnirinə ev sahibliyi edəcək | |
Sentyabrın 29-dan oktyabrın 8-dək Azərbaycanın paytaxtında “Baku Open-2015” 24-cü Beynəlxalq Şahmat Festivalı keçiriləcək. Festival Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunur. Festivalın proqramına A (reytinqi 2250-dən yuxarı), B (reytinqi 2250-dək) və C (uşaqlar üçün) turnirləri daxildir. “Baku Open-2015” ənənəvi turnirinin ümumi mükafat fondu 40 min ABŞ dolları, o cümlədən A turnirində birinci mükafat 10 min ABŞ dollarıdır. Turnir Bakıda keçirilən Dünya Kubokunun final mərhələsi ilə eyni vaxta təsadüf etdiyindən festivalın yarışları saat 11:00-da başlayacaq. Turun sonunda idmançıların Dünya Kubokunun yarışlarına aparılması təşkil ediləcək. Dünya Kuboku sentyabrın 10-dan oktyabrın 5-dək keçiriləcək. |
|
Xəbər 694 dəfə oxundu. |
|
|