Məhəmməd İsmayılov Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə vahid liderdir | |
Görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri davam edir. Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır. Beynəlxalq turnirdə 6-cı turun görüşləri artıq başa çatıb. 6 turdan sonra Məhəmməd İsmayılov aktivinə 5.5 xal yazaraq vahid liderdir. Məhəmməd Muradlı,Atilla Eynullayev,Fərid Mustafayev və Nikolozi Kacarava hərəyə 5 xal toplayaraq 2-5-ci yerləri blüşdürürlər. Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər. Beynəlxalq turnir isveçə sistemi ilə 9 turdan ibarət keçirilir və yarışın baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur. |
|
Xəbər 816 dəfə oxundu. |
|
|