Arazın o tayından şad xəbər | |
İran Pro Liqasında XXI turun matçları keçirilir. İdman.com.az xəbər verir ki, Arazın bu tayındakı azərbaycanlıların da azarkeşlik etdiyi “Traktorsazi” klubu Təbrizdə Gilan “Damaş”ını qonaq edib. Gərgin və maraqlı mübarizədə “ağ-qırmızılar” 3:1 qalib gəliblər. Hesabı 31-ci dəqiqədə rəqib açsa da, Təbriz klubu sonrakı dəqiqələrdə “Qəbələ”nin sabiq oyunçusu Fərzad Hatəmi, braziliyalı Rodriginyo və portuqaliyalı Flavinyonun qolları ilə qələbə qazanıb. İndi 39 xal toplayan “Traktorsazi” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “İstiqlal”dan bir xal geridədir. Tehran klubu bu tur “Fəcr”ə uduzub. “Traktorsazi”nin əsas rəqibləri 3-4-cü pillələrdə qərarlaşmış “Neft”lə “Səba Qum”un 36-ı xalı var və onlar XXI turun matçına bu gün çıxacaqlar. |
|
Xəbər 1098 dəfə oxundu. |
|
|