Arazın o tayından bu tayına gəldi | |
Antalyada təlim-məşq toplanışında “İnter” baxışa yeni futbolçu çağırıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı komandası serbiyalı Boyan Beliçi sınamağa qərar verib. Artıq “bankçılar”ın düşərgəsinə qoşulan 1986-cı il təvəllüdlü legionerin bu gün Almaniyanın II Bundesliqa təmsilçisi “Karlsrue” ilə yoxlama matçında meydana çıxacağı gözlənilir. Baş məşqçi Kaxaber Sxadadze Beliçlə bağlı son qərarı yaxın günlərdə verəcək. Qeyd edək ki, serbiyalı futbolçunun son komandası İran “Şəhrdari Təbriz”i olub. |
|
Xəbər 965 dəfə oxundu. |
|
|