Nabranda keçirilən beynəlxalq yarışda 300-ə yaxın cüdoçu mübarizə aparır | |
İyulun 2-dən başlayaraq Xaçmazın Nabran qəsəbəsində cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında beynəlxalq turnir keçirilir. Yarışda Azərbaycanın 20 rayon və şəhərindən, həmçinin Rusiya, Qazaxıstan və İsveçrədən 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır. Xaçmaz Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə cüdoçular 3 yaş qrupu və 8 çəki (ikisi qızlar, altısı oğlanlar) dərəcəsi üzrə qüvvələrini sınayırlar. Hər il iyul ayında bir neçə xarici ölkənin yeniyetmə cüdoçuları Nabrana təlim-məşq toplanışına gəlirlər. Onların iştirakı ilə təşkil olunan beynəlxalq cüdo yarışı yerli idmançıların təcrübəsinin artmasında böyük rol oynayır. Yarışların birinci günü 42, 46, 50 və 55 kiloqram çəkidə mübarizə aparan cüdoçular yarışıblar. Bu gün isə daha 4 çəki dərəcəsində görüşlər keçiriləcək. Turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla yanaşı, həm də qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. |
|
Xəbər 981 dəfə oxundu. |
|
|