Bakının “Lokomotiv” klubu daha bir voleybolçu ilə yollarını ayırıb
Bakının “Lokomotiv” klubu daha bir voleybolçu ilə yollarını ayırıb.

Bakı təmsilçisinin Super Liqada ikinci yeri tutmasında böyük rol oynayan Valeriya Russo yeni mövsümdə komandanın heyətində yer almayacaq.

“Lokomotiv”lə müqaviləsi başa çatan 34 yaşlı italiyalı hücumçu zədə səbəbindən karyerasını bitirməyə qərar verib. Lakin o, sərfəli təklif olacağı təqdirdə qərarını dəyişəcəyini də istisna etməyib.

Bununla da bakılılar ötənilki heyətdə yer alan voleybolçulardan altısının köməyindən məhrum olub. Kapitan V.Russodan əvvəl Quinta Stenbergen, Enn Buijs (hər ikisi - Hollandiya), Valentina Arriqetti (İtaliya), Karli Loyd (ABŞ) və Tuğce Atıcı (Türkiyə) komandadan daha əvvəl ayrılmışdılar.

Xəbər 848 dəfə oxundu.