Serbiya mətbuatı “Bakı-2015”in bağlanış mərasimindən bəhs edir
Serbiyanın bir sıra aparıcı xəbər saytlarında, qəzetlərində və televiziya kanallarında “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi ilə bağlı məlumatlar yer almaqdadır.

Məlumatlarda qeyd olunur ki, ilk Avropa Oyunlarına Bakıda keçirilmiş möhtəşəm bağlanış mərasimi ilə yekun vuruldu. Tədbirdə Azərbaycanın adət-ənənələri, qonaqpərvərliyi, iqtisadi inkişafı və müasirliyi müxtəlif elementlərlə nümayiş olundu.

Mərasim haqqında ətraflı məlumatların yer aldığı yazılarda vurğulanır ki, təşkilatçılar tədbirin uğurlu keçdiyini bildiriblər. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə istinadla qeyd olunur: “Azərbaycan gələcək Yay Olimpiya Oyunlarına da ev sahibliyi etməyə hazırdır”.

Məlumatlarda, həmçinin Oyunlarda medal qazanmış ölkələrin sıralanmasından da bəhs olunur.

AZƏRTAC

Xəbər 1909 dəfə oxundu.