Azərbaycan boksçusu Anna Əlimərdanova bürünc medala layiq görülüb [YENİLƏNİB] | |
Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub. 12:44 İyunun 25-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının onuncu günündə yarımfinal və final görüşləri keçiriləcək. Bu gün Azərbaycanın 4 boksçusu medallar uğrunda mübarizəyə qoşulacaq. Günün açılış qarşılaşmasında Azərbaycan qadın boksçusu Anna Əlimərdanova (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək. Kişi boksçularımızdan Elvin Məmişzadə (52 kq) finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya qalib gəlməlidir. Kollazo Sotomayor (64kq) isə yarımfinaldakı ukraynalı Viktor Petrov ilə üz-üzə gələcək. Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) qızıl medal uğrunda döyüşdə Avropa çempionu italiyalı Valentino Manfredonia ilə qarşılaşacaq. Bu gün 51-54 (qadınlar), 52, 64, 91+ (kişilər) çəki dərəcələrində yarımfinal, 48-51, 69-75 (qadınlar), 56 və 81 kiloqram çəki dərəcələrində (kişilər) isə final görüşləri keçiriləcək. |
|
Xəbər 911 dəfə oxundu. |
|
|