İtaliyalı voleybolçu: Bakıya uğurlu nəticə göstərmək üçün gedirik
İtaliyanı “Bakı-2015”də təmsil edəcək qadın voleybol komandası yarışın güclüləri sırasındadır. Yığmanın üzvləri gərgin mübarizə şəraitində keçəcək yarışlara fiziki və psixoloji cəhətdən tam hazırdırlar.

Komandanın iddialı oyunçularından biri Miriam Silla yarışlarla bağlı fikirlərini bölüşüb: “Bakıya uğurlu nəticə göstərmək üçün yola düşürük. Yarışlarda birincilik uğrunda əlimizdən gələni edəcəyik. Hamımız lider olmaq əzmindəyik. Perspektivli idmançıların kəşf edilməsi üçün “Bakı-2015” yaxşı fürsətdir”.

AZƏRTAC

Xəbər 765 dəfə oxundu.