Oyunlara Baku2015.com saytında və #BiginBaku vasitəsilə daha yaxın olun
“Bakı-2015”-in rəqəmsal ekosistemi qısa vaxtdan sonra “Oyun zamanı” rejimində çalışacaq. Rəqəmsal ekosistemin inteqrasiyası üzərində son tamamlama işləri aparılır və sistem veb və sosial media platformalarından istifadə etməklə istifadəçiyə yaxşı təcrübə bəxş edəcək.

Avropa Oyunlarında şəbəkənin olması Baku2015.com rəsmi saytı vasitəsilə mərkəzləşdirilir. Burada iyunun 12-dən 28-dək bütün videolar və idman yarışları canlı göstəriləcək. Saytda yarışlar haqqında tam məlumatlar, o cümlədən son xəbərlər, nəticələr, gündəlik qrafiklər, medal cədvəlləri və yarışlarda iştirak edəcək 6 min idmançının tərcümeyi-halı yerləşdirilir.

Oyunlar üçün çoxfunksiyalı təlimatlar da daxil olmaqla “Bakı-2015” mobil proqramı ötən həftə hazırlanıb. Proqram, həmçinin “Baku-2015”in bütün yarışlarınının canlı yayımını, habelə idman məkanları, idman növləri və idmançılar üzrə səhnəarxası məlumatları da təqdim edəcək.

Açılış mərasimi Bakı vaxtı ilə 21:00-da Baku2015.com saytında və YouTube-da canlı yayımlanacaq.

Baku2015.com saytı və mobil proqram istifadəçiləri paytaxtın enerji dolu şəhər həyatına cəlb etmək və onların şəhərin ən möhtəşəm hadisəsində yaxından iştirak etmələrinə dəstək olmaq üçün BiginBaku tərəfindən tamamlanıb. Hər iki kanal idman və mədəni tədbirləri izləmək üçün Twitter, Facebook, YouTube, və Instagram kimi səhifələrə tam inteqrasiya olunub.

Bu nadir çoxkanallı yanaşma istifadəçiləri “Bakı-2015” yarışlarına daha da yaxınlaşdırmaqla yanaşı, Azərbaycan paytaxtının cəlbediciliyini və burada olan mühiti yaddaşlara köçürür. Bu yanaşma media və platformaların birlikdə işlənməsi nəticəsində innovativ təcrübədən yaranıb.

“Bakı-2015” mobil proqramı iOS, Android, Windows Phone-dan yüklənə bilər.

Xəbər 772 dəfə oxundu.