Paytaxt yollarındakı “Bakı-2015” zolağı ilə hərəkət edən sürücülər cərimələnəcək | |
Birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar. Paytaxtda müəyyən edilən yollarda sarı rəngdə və Avropa Oyunlarının loqosunun əks olunduğu “Bakı-2015” zolaqları artıq çəkilib. Eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılır. Mayın 29-dan etibarən birinci Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə müvafiq olaraq, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə ediləcəklər. |
|
Xəbər 848 dəfə oxundu. |
|
|