Bakı 2015 və P&G üçüncü “Şanslı qalib”in adını açıqladılar | |
Bakı 2015 və rəsmi tərəfdaşı P&G Elnarə Rəsulovanı Birinci Avropa Oyunlarının sonuncu “Şanslı qalib”i elan etdi. Elnarə Rəsulovanın bilet nömrəsi təsadüfi çəkilişlə qalib olub və o, bütün ailəsi üçün illik P&G məhsullarının sahibi olub. Bakı 2015-in ”Şanslı qalib” kampaniyası “onlayn” bilet alan yerli tamaşaçılar üçün keçirilir. İyun ayının əvvəllərində elan ediləcək sonuncu Şanslı Qalib “Nar Mobile”dan ömürlük danışıq paketi qazanacaq. Bütün mükafatlara Bakı 2015 Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki VIP bilet də daxildir. “Şanslı qalib” Xanım Rəsulova dedi: “Bakının ev sahibliyi edəcəyini eşidəndən bəri Avropa Oyunlarını səbirsizliklə gözləyirəm və belə möhtəşəm bir mükafatı əldə etmək bunu daha da xüsusiləşdirir. Açılış Mərasimində olmağı gözləyə bilmirəm; bu, ölkəmiz üçün çox gözəl anlar olacaq və burada iştirak etdiyim üçün çox xoşbəxtəm!” Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Xanım Rəsulova bizim üçüncü Şanslı Qalibimizdir və əminəm ki, bu möhtəşəm mükafatdan, eləcə də, Açılış və Bağlanış Mərasimləri üçün VIP biletlərdən zövq alacaq. Şanslı Qalib Kompaniyası Bakı 2015 Oyunları üçün biletlərin onlayn alınmasında böyük marağa səbəb olub və yeniliyə yol açan tədbirə davamlı dəstək olduqları üçün P&G-ya təşəkkür etmək istərdim.” P&G-nin Azərbaycan ofisi üzrə direktoru Cənab Taygun Günay dedi: “P&G milyonlarla azərbaycanlıların gündəlik yaşayışının bir hissəsidir və indi Xanım Rəsulova Şanslı Qalib mükafatı ilə bizim məhsulları bir illik əldə etməyi səbirsizliklə gözləyə bilər. Biz Avropa Oyunlarının güclü tərəfdaşı olmağa çalışırıq və bu təşəbbüs tədbiri dəstəkləmək üçün əla vasitədir.” Bakı 2015 Oyunları üçün biletləri baku2015.com veb səhifəsindən onlayn almaq mümkündür və Rəsmi Tərəfdaş Nar Mobile-dən böyük mükafat qazanmaq şansı vardır. |
|
Xəbər 930 dəfə oxundu. |
|
|