Ruslan Abışov: Görüş ağır keçdi | |
“Neftçi”nin futbolçusu Ruslan Abışov, Drezden “Dinamo”su ilə oyundan sonra fikrini klubun rəsmi saytına açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, müdafiəçi 0:1 hesabı ilə uduzduqları görüşün ağır keçdiyini bildirib: “Hazırlıq mərhələsində ilk oyunumuzu keçirdik. Qarşılaşma gərgin alındı. Bir neçə epizodda qol vura bilərdik. Oyuna baxanda demək olar ki, ən azından heç-heçəyə layiq idik. Qarşıda digər yoxlama oyunlarımız olacaq. Çalışacağıq ki, gözəl oyunla yanaşı, nəticə də əldə edək". |
|
Xəbər 1034 dəfə oxundu. |
|
|