Bakı 2015 nəqliyyat əməliyyatının Oyunlara hazırlığını sınaqdan keçirir | |
Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, Avropa Oyunları zamanı əməliyyatlara hazırlğı sınaqdan keçirəcək. Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Buna səbəb isə, iyunun 12-də start götürəcək Avropa Oyunları üçün, Bakı 2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır. Bakı 2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur: - Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə; - Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri; - Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları. |
|
Xəbər 728 dəfə oxundu. |
|
|