Yeniyetmə boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar | |
Mayın 15-də Ukraynanın Lvov şəhərində boks üzrə yeniyətmələr arasında Avropa birinciliyi start götürəcək. OİK-in “Velotrek” Kompleksində keçiriləcək yarışda idmançılar 13 çəki dərəcəsində güclərini sınayacaq. Komandamız qitə çempionatında baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq. Ukraynaya gedənlər arasında ötən ilki Avropa birinciliyinin gümüş mükafatçısı Bəxtiyar Qazıbəyov (60 kq) və bürünc medalın sahibi Məhəmməd Abdullayev də (+80) var. Xatırladaq ki, komandamız ötən il Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında qitə çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıb. Yeniyetmə boksçularımız son hazırlıq turniri kimi Şağan Olimpiya Kompleksində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda mübarizə aparıblar. Hakim kimi ölkəmizi Ukraynada Emil Qurbanəliyev təmsil edəcək. 46 kq. Kənan Əliyev 48 kq. Cavid Hüseynov 50 kq – Seyidrza Sadıqov 52 kq – Niyaməddin Allahverdiyev 54 kq – Orxan Həsənov 57 kq – Elton Məmmədov 60 kq – Bəxtiyar Qazıbəyov 63 kq – Turan Sadıqov 66 kq – Elgün Abdullayev 70 kq – Şaiq Məlikov 75 kq – Kənan İsmayılzadə +80 kq – Məhəmməd Abdullayev |
|
Xəbər 832 dəfə oxundu. |
|
|