“Lokomotiv” klubunun cüdoçuları Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr olunan turnirdə qalib gəliblər | |
Biləcəridə, “Lokomotiv” voleybol klubunun idman zalında Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr edilən cüdo turnirinə yekun vurulub. “Lokomotiv” idman sağlamlıq mərkəzinin cüdo komandasının baş məşqçisi Nazim Umbayev bildirib ki, yarışda 18 komandanın heyətində 265 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Yeddi medal qazanan “Lokomotiv” ümumi komanda hesabında birinci olub. Heyətdə Hüseyn Hüseynov (27 kq), Elvin Bəkirzadə (30 kq), Heydər Sadıqov (38 kq), Əli Sadıqov (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əfqan Şahməmmədli (42 kq) gümüş, Yaşar Nəcəfov və Rüfət Tağıyev (hər ikisi 55 kq) bürünc medal qazanıblar. Yarışın baş hakimi Nazim Umbayev, baş katibi isə Mayıl Hümbətov olub. |
|
Xəbər 925 dəfə oxundu. |
|
|