Mazzari yenidən Sampdoriyaya qayıtmaqdan imtina etdi
İnterin keçmiş baş məşqçisi Valter Mazzari yenidən Sampdoriyaya qayıtmaqdan boyun qaçırıb. Xatırladaq ki, 2007–2009 mövsümündə mütəxəssis Sampdoriyanın baş məşqçisi olub.

Bu posta digər namizəd – Bazelin çalışdırıcısı Paulu Souza isə düşünmək üçün vaxt istəyib.

Namizədlər sırasında bu mövsüm Olimpiakosdan qovulan Miçel də var.

Xatırladaq ki, hazırki baş məşqçi Sinişa Mixayloviç mövsümün sonunda postunu tərk edəcək.

Xəbər 938 dəfə oxundu.