“Qəbələ” çempionluğun 1 addımlığında | |
Latviyada - “Riga Open 2012” turnirində çıxışını uğurla davam etdirən “Qəbələ”nin U-13 komandası günə 2 qələbə ilə yekun vurub. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ilk oyun günündə - yanvarın 16-da 1 qələbə və 1 heç-heçə ilə yadda qalan komanda bu gün ilk matçda yerli “Super Nova” klubu ilə üz-üzə gəlib. “Qara-qırmızılar”ın üstünlüyü ilə keçən matçda Elvin İmanlı (2) və Fərid Nəbiyevin qolları təmsilçimizə 3:1 hesablı qələbə qazandırıb. Günün ikinci matçında isə “Qəbələ” rəqibi “Yelqava”nı darmadağın edib – 5:1. Qarşılaşmada 4 dəfə fərqlənən Elvin İmanlı turnirdəki qollarının sayını 6-a çatdırıb. Matçda Cavidan İmanlı da qol hesabını açıb. Bu nəticələrdən sonra aktivindəki xalların sayını 10-a çatdıran “Qəbələ” vurduğu və buraxdığı qolların fərqinə görə (11-3) birinci pillədəki yerini qoruyub. İkinci yerdə isə “Dinamo” (Riqa) qərarlaşıb. “Qara-qırmızılar” sabah Bakı vaxtı ilə saat 13:00-da turnirin son matçında “Riqa” ilə üz-üzə gələcək. Komanda qalib gələcəyi təqdirdə çempionluq kubokunu başı üzərinə qaldıracaq. |
|
Xəbər 1015 dəfə oxundu. |
|
|