Marina Durunda – Avropa Çempionatının bürünc mükafatçısı
Bu gün Minskdə bədii gimnastika üzrə 31-ci Avropa Çempionatı yekunlaşıb.

Azərbaycanı qitə birinciliyində fərdi proqramda çıxış edən Marina Durunda və Ayşən Bayramova, həmçinin yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası təmsil edirdi (Züleyxa İsmayılova, Simarə Cəfərova, Fatimə Cəfərova, İlahə Məmmədova və Dərya Sorokina).

Yarışın əsas günündə Marina Durunda iki finalda – lent və gürzlərlə çıxış etdi. Məhz, lent ilə çıxış gimnastımıza 3-cü yeri və Avropa Çempionatının gümüş mükafatçısı adını qazandırdı. Gürzlərlə çıxışda Marina 5-ci yerdə qərarlaşdı.

İrihəcmli yarışda ilk dəfə iştirak edən digər gimnastımız Ayşən Bayramova çoxnövçülükdə 16-cı yerdə qərarlaşdı.

Yeniyetmələrdən ibarət qrup komandamız da möhtəşəm çıxış etdilər. Avropa onların 5 topla çıxışını gurultulu alqışlarla qarşıladı. Bu heç də təəccüblü deyil, axı onların əfsanəvi Maykl Ceksonun “Smooth Criminal” kompozisiyası ilə hərarətli çıxışları, ötən ilin sonlarından bədii gimnastika sevərlərin sevimlisinə çevrilib.

Finalda 4-cü olan qrup komandamız, bürünc medalın bir addımlığında qərarlaşdılar.

Xəbər 831 dəfə oxundu.