Xaçmazda keçiriləcək beynəlxalq turnirdə 90-a yaxın idmançının iştirakı gözlənilir
Mayın 2-də Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir start götürəcək.

Turnirə 6 ölkədən 90-a yaxın idmançının qatılması gözlənilir.

Turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə mübarizə aparılacaq. Azərbaycan komandası yarışlarda 40 idmançı ilə təmsil olunacaq. Gürcüstan 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya və Ukrayna komandaları isə hərəsi 4 üzgüçü ilə iştirak edəcək.

Turnirin açılışı mayın 3-də Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər 2092 dəfə oxundu.