Bakı 2015 Avropa Oyunlarının brendi 2015 Transform Avropa Mükafatına layiq görülüb | |
Bakı 2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti, ötən gecə London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazandı. Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır. Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı 2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur. Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hssələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır. Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq: “Bu mükafat, Birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. Bakı 2015 brendi ev sahibi Azərbaycanın təbii gözəlliyinin və bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri həyata keçirmək arzumuzla duyduğumuz qürur hissini əks etdirir”. Bakı 2015 də brend üzrə direktor cənab Dan Tomlinson: “Bakı 2015-in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər etdi”. Brendin görünüşü, daha öncə London 2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb. “SomeOne” agentliyinin yaradıcısı və icraçı direktoru Qari Holt: “Biz, ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq“. Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı 2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır. Bakı 2015 brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür. |
|
Xəbər 871 dəfə oxundu. |
|
|