Almaniyanın “Hannover” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib
Almaniyanın “Hannover” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda rəhbərliyi 51 yaşlı mütəxəssis Mixael Frontsek ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

M.Frontsek bu postda bir müddət komandada uzaqlaşdırılan Tayfun Korkutu əvəzləyib.

Qeyd edək ki, Almaniya millisinin heyətində çıxış etmiş mütəxəssis yerli “Alemanniya”, “Arminiya”, “Barussiya” və “Sankt-Pauli” komandalarını çalışdırıb.

Xəbər 856 dəfə oxundu.