Günorta proqramında 4 boksçumuz qızıl medal qazandı | |
“Baku Cristal Hall”da “Böyük İpək yolu” beynəlxalq turniri yekunlaşmaq üzrədir. Avropa oyunlarına test xarakteri daşıyan yarışda artıq 5 çəki dərəcəsi üzrə final görüşləri keçirilib. Azərbaycan milli komandasının 4 üzvü finalda qalib gələrək, 1-ci yeri özünə təmin edib. 56 kq çəki dərəcəsində turnirin kəşflərindən olan Tayfur Əliyev finalda da qələbə qazanıb. Gənc boksçumuz həlledici görüşdə fransalı Samuel Kistohurrini üstələyib – 2:1. Lorenzo Sotomayor da (64 kq0 komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz həlledici görüşdə Fransa təmsilçisi Hassan Amzileye heç bir şans verməyib – 3:0. Xaybula Musalov da (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuzun zərbələri qarşısında Yerik Aljanov (Qazaxıstan) davam gətirə bilməyib. Milli komandamızın liderlərindən Teymur Məmmədov da yarışı 1-ci yerdə başa vurub. Yığmamızın üzvü finalda Türkiyə boksçusu Seyda Keseri bütün komponentlərdə qabaqlayıb. Axşam proqramında millimizin daha 4 üzvü rinqə çıxacaq. 49 kq. Tinko Banabakov (Bul) - Bator Saqaluev (Rus) 0:3 56 kq. Tayfur Aliyev (Aze) - Samuel Kistohurri (Fra) 2:1 64 kq. Lorenso Sotomayor (Aze) - Hassan Amzile (Fra) 3:0 75 kq. Haybula Musalov (Aze) - Yerik Aljanov (Kaz) 2:1 91 kq. Teymur Mammadov (Aze) - Seyda Keser (Tur) 3:0 Axşam proqrami. 52 kq. Elvin Mamishzade (Aze) - Azamat Issakulov (Kaz) 60 kq. Nurbol Kaljanov (Kaz) - Elvin Isayev (Aze) 69 kq. Onder Sipal (Tur) - Tamerlan Abdullayev (Aze) 81 kq. Cem Karlidag (Tur) - Radoslav Pantelyev (Bul) +91kq. Bahodir Jalolov (Uzb) - Kamran Mehdiyev (Aze) |
|
Xəbər 1363 dəfə oxundu. |
|
|