Slovakiya – Azərbaycan matçının vaxtı dəqiqləşdi | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə oyunlarının günü və başlama saatı dəqiqləşib. Faiq Qarayevin yetirmələri rəqiblərini mayın 23-də qəbul edəcəklər. Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Komandamız cavab oyununa mayın 30-da, Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. Matç Leviçe şəhərinin İdman Sarayında baş tutacaq. Qeyd edək ki, bu oyunla yanaşı, Avropa Oyunlarına hazırlaşan millimiz Türkiyədə təlim-məşq toplanışı keçməyi də planlaşdırır. |
|
Xəbər 875 dəfə oxundu. |
|
|