Bakıda Beynəlxalq Triatlon Şurasının seminarı keçiriləcək | |
Bakıda Beynəlxalq Triatlon Şurasının seminarı keçiriləcək. Beynəlxalq Triatlon Şurası (İTU) federasiyaların texniki nümayəndələri üçün birinci dərəcəli seminar Bakıda təşkil edəcək. Seminar iki gün olacaq - aprelin 30-da və mayın 1-də. Tədbirin aparıcıları isveçrəli mütəxəssis Stefan Marius, ispan Xorxe Qarsiya və macarıstanlı Bela Varqa olacaq. Xatırladaq ki, analoji seminarı İTU dekabr ayında Bakıda federasiyaların texniki heyətləri üçün təşkil etmişdi. |
|
Xəbər 659 dəfə oxundu. |
|
|