“Bayramdan sonra hazırlığa vaxtımız olmadı” | |
“Ukrayna yığması güclü rəqibdir. Bu gün həm müdafiədə, həm də hücumda istənilən səviyyədə oynamadıq”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib. O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyunundan (2:3) sonra matçla bağlı fikrini açıqlayıb: “İkinci hissədə nisbətən yaxşı təsir bağışlasaq da, hesabı bərabərləşdirə bilmədik. Biro Jade və Tveryankinin yoxluğunu hiss etdik. Qeyd edim ki, bayramdan sonra hazırlıq üçün kifayət qədər vaxtımız olmadı”. |
|
Xəbər 936 dəfə oxundu. |
|
|