“AtaBank” ASC ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi mini futbol turniri keçirəcək | |
“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group” ASC-nin əməkdaşları arasında keçiriləcək mini futbol yarışının iştirakçıları müəyyənləşib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə hər il olduğu kimi, bu dəfə də 16 komanda mübarizə aparacaq. Aprelin 4-də start götürəcək çempionatın püşkatması aprelin 5-də saat 11-də olacaq. Püşkün nəticəsinə əsasən, 16 komanda 4 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutan komanda dörddə bir finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək. AZƏRTAC |
|
Xəbər 926 dəfə oxundu. |
|
|