Azərbaycanda beynəlxalq şahmat festivalı keçiriləcək
Azərbaycan mayın 1-dən 10-dək növbəti beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Həmin günlərdə ənənəvi «Nakhchivan Open-2015» şahmat festivalı keçiriləcək.

İsveçrə sistemi ilə 9 turdan ibarət beynəlxalq turnir üç qrupda (A,B, C) keçiriləcək.

Əsas “A” turnirinə ilkin sifarişlərə görə Fransa, Bolqarıstan, Ukrayna, Rusiya, Niderland, Hindistan, İran, Qazaxıstan və digər ölkələrdən təqribən 50 idmançı yarışacaq. Turnirin reytinq siyahısına fransalı qrossmeyster Etyen Bakro (2712) başçılıq edir. Turnirdə Azərbaycanı Rauf Məmmədov (2658), Eltac Səfərli (2641), Qədir Hüseynov (2614), Azər Mirzəyev (2552), Nicat Abbasov (2523), Vüqar Rəsulov (2508) və başqaları təmsil edəcəklər.

Festivalın ümumi mükafat fondu 40 min dollar, “A” qrupunda birinci mükafat 10 min dollardır.

Xəbər 825 dəfə oxundu.