Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu keçirilib
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 29-da “D”, “F” və “I” qruplarında oyunlar keçirilib.

“D” qrupunda mübarizədə Gürcüstan yığması doğma meydanda Almaniya millisinə 0:2 hesabı ilə məğlub olub. Qrupun lideri Polşa futbolçuları səfərdə İrlandiya təmsilçiləri ilə sülh bağlayıblar – 1:1. Digər oyunda isə Şotlandiya millisi Cəbəllütariq yığmasını 6:1 hesabı ilə darmadağın edib.

“F” qrupunda Rumıniya yığması Farer Adalarına 1:0 hesabı ilə qalib gələrək liderliyini qoruyub. Macarıstan-Yunanıstan oyununda hesab açılmayıb. Finlandiya millisini 2:1 hesabı ilə məğlub edən Şimali İrlandiya isə qrupda ikinci pillədəki mövqeyində qalıb.

Seçmə mərhələnin “I” qrupunda iki oyun keçirilib. Qrupda son sırada qərarlaşan Serbiyaya doğma meydanda 2:1 hesabı ilə qalib gələn Portuqaliya liderliyə yüksəlib. Albaniya isə Ermənistan üzərində qələbə qazanıb – 2:1.


Xəbər 846 dəfə oxundu.