“Jidaçiv-Zirvə”dən Ukrayna Kubokunda iki medal
Fevralın 25-27-də Ukraynanın Çerniqov şəhərində ölkə kuboku yarışları keçirilib. Turnirdə 200-ə yaxın güclü ağır atlet iştirak edib. Ölkənin bütün nöqtələrindən yarışa qatılan idmançıların medal mübarizəsi çox maraqlı alınıb.

Bu Kubokda “Jidaçiv-Zirvə” İdman Klubunun nümayəndələri də körpücük üzərinə çıxıblar. Yarışa Ukrayna filialımızın 6 idmançısı qatılıb. Onlardan ikisi fəxri kürsüyə çıxmağı bacarıb. Boqdan Tokar qızıl, Artur Qordişinski isə gümüş medal qazanıb.

Baş məşqçi Denis Qotfrid, məşqçilər Andrey və Vladimir Gentoş qardaşlarının rəhbərliyi altında qazanılan bu uğur bizləri sevindirir. Onları təbrik edir, gələcəkdə də müvəffəqiyyətlə çıxış etmələrini arzulayırıq.

Xəbər 915 dəfə oxundu.