Bakının “İnter” futbol klubu son 6 ilin rekordunu müəyyənləşdirib | |
Bakının “İnter” futbol klubu Topaz Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Sonuncu dəfə 2014-cü il avqustun 29-da “Xəzər-Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri XXV turun “Neftçi” ilə görüşündə (2:0) uduzmamaqla son 6 ilin rekordunu müəyyənləşdirib. Belə ki, 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət idi. Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə “Kəpəz”ə məxsusdur – 28 oyun. “Turan” 27, “Neftçi” və “Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdirlər. AZƏRTAC |
|
Xəbər 834 dəfə oxundu. |
|
|