"Xəzər-Lənkəran" hazırlığı bərpa etdi
Topaz Premyer Liqasının XXV turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb. Komanda saat 16:00 da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlığına start verib.

Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəçi Ruslan Cəfərov bu gündən etibarən, fərdi məşqlərə başlayıb.
Xatırladaq ki, mart ayının 13-də Azərbaycan kuboku çərçivəsində “Xəzər Lənkəran” Bakı İnter”ini qonaq edəcək.

Xəbər 821 dəfə oxundu.