Komandamız “Strandja” turnirindən 2 qızıl, 1 gümüş medalla dönür | |
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Komandamız yarışda 2 qızıl və 1 gümüş medala sahib olub. Kişilərin turnirində mübarizə aparan Elvin İsayev (60 kq) həlledici görüşdə Ermənistan boksçusu Samvel Barseqyanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor da komanda yoldaşının uğurunu təkrarlayıb. Milli komandamızın üzvü finalda özbəkistanlı Faziliddin Qaibnazarov üzərində inamlı qələbə qazanıb – 3:0. Qadınların yarışında çıxış edən Yelena Vıstropova isə (64 kq) 2-ci yerə layiq görülüb. Avropa çempionu finalda İsveç nümayəndəsi Aqnes Aleksiussona məğlub olub – 0:2. Qeyd edək ki, yarışda 35 ölkənin 221 boksçusu mübarizə aparıb. Turnir Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb. Sofiyada ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib. |
|
Xəbər 1051 dəfə oxundu. |
|
|