"Bakı-2015" haqqında növbəti yazı | |
"Bakıda keçiriləcək Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq". Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Britaniyanın The Guardian nəşrində dərc edilən məqalədə bildirib. Onun sözlərinə görə, cüdo üzrə Avropa çempionatı Avropa Oyunlarının bir hissəsi olacaq: "Bu addım Azərbaycanda keçirilən ikihəftəlik yarışların dünyamiqyaslı hadisə olduğunu bir daha sübut edir". S.Kleq qeyd edib: "Əgər hələ də şübhələnənlər varsa, düşünürəm ki, onlar tədbirin miqyasını və Bakıda baş tutacaq yarışı gördükdən sonra fikilərini dəyişəcəklər". Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki isə bildirib ki, təşkilat artıq bir sıra rəhbər orqanlarla qitə çempionatlarının 2019-cu ildə ikinci Avropa Oyunlarına əlavə edilməsinin əhəmiyyətinə inandırmaq üçün işləyir. Hikkinin sözlərinə görə, AOK həmişə istəyib ki, Avropa çempionatları Avropa Oyunlarının hissəsi olsun və bu razılaşma onu ifadə edir ki, bizim arzumuz gözlədiyimizdən daha tez həyata keçir. |
|
Xəbər 1027 dəfə oxundu. |
|
|