UEFA Bakıdakı oyunların vaxtını dəyişdi | |
Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib. İdmaz.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar saat 18:30 və 21:00-da yox, saat 19:00 və 21:30-da başlayacaq. Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq: 18 mart 18:30. Ukrayna –Danimarka 21:00. Azərbaycan – Belçika 19 mart 18:30. Belçika – Ukrayna 21:00. Azərbaycan –Danimarka 21 mart 19:00. Danimarka –Belçika 21:30. Ukrayna – Azərbaycan Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək. |
|
Xəbər 693 dəfə oxundu. |
|
|