Voleybol. Çempionlar liqası. Türklər sensasiya etdilər | |
Kişilər arasında Voleybol üzrə çempionlar liqasının playoff oyunları davam edir. Bu gün son 6-ya qalma mübarizəsində cavab qarşılaşmaları baş tutub. Turnirin sensasiyası Rusiyanın Belqorod şəhərində baş verib. Beloqorye komandası evdə Türkiyənin Halkbank komandasını 3-1 hesabı ilə məğlubiyyətə uğradıb. İlk görüşdə türklər bu hesabla qalib gəldiyindən vəsiqənin taleyi qızıl setdə müəyyənləşib. Həlledici setdə Halkbank 15-11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. |
|
Xəbər 839 dəfə oxundu. |
|
|