Liverpulun yayda Avstraliya turnesi olacaq | |
«Liverpul» növbəti mövsümə hazırlıq çərçivəsində Avstraliya ilə yoldaşlıq oyunları keçirəcəyini elan edib. İyulun 17-də komanda Brisben Roar, 20-də isə Adelaida Yunaytedlə qarşılaşacaq. «Biz 2 il əvvəl Avstraliyaya yollandıq və yerli azarkeşlərin gözəl dəstəyini müşahidə etdik. Avstraliyada Liverpulun 600 mindən artıq fanatı var. Biz də onlarla görüşməyi arzulayırıq. Nə qədər çox olsalar , bir o qədər yaxşıdır», – deyə klubun icraçı direktoru İen Eyr bildirib. |
|
Xəbər 798 dəfə oxundu. |
|
|