Kamran Ağayev "Kayserispor"a keçir | |
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hazırda Türkiyədə səfərdədir. Futbolçunun tezliklə PTT 1-ci liqada mübarizə aparan klublardan biri ilə müqavilə bağlaması gözlənilir. Artıq Kamranın hansı komandaya keçəcəyi də bəllidir. Ağayevin azerisport.az saytına verdiyi məlumata görə, o, "Kayserispor"la anlaşıb: "Hazırda Kayseridəyəm. Əgər hər şey normal getsə, bu gün "Kayserispor"la müqavilə imzalayacağam. Böyük ehtimalla mövsümün sonunadək müqavilə imzalayacağam". Qeyd edək ki, "Kayserispor" hazırda PTT 1-ci liqanın lideridir. |
|
Xəbər 771 dəfə oxundu. |
|
|