"Qarabağ" Syominin komandası ilə bərabərə qaldı | |
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb. Ağdam təmsilçisi Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. Rusiya Premyer Liqasında mübarizə aparan "Mordoviya" klubunu hazırda "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin çalışdırır. Qeyd edək ki, "Qarabağ" son yoxlama görüşünü yanvarın 31-də keçirəcək. Həmin gün son Azərbaycan çempionu Rumıniyanın "Tarqu-Mureş" klubu ilə qarşılaşacaq. Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk sınaq matçında Xorvatiyanın "RNK Split" klubuna uduzub - 1:3. Ardından İsveçrə “Sürix”i ilə heç-heçə edən (1:1) komanda "Levski" (Bolqarıstan) klubuna 0:3 hesabı ilə məğlub olub. "Qarabağ" son görüşündə Polşa çempionu "Legiya"ya 2:0 hesabı ilə qalib gəlib. 29 yanvar Yoxlama oyunu 13:00. "Qarabağ" (Azərbaycan) - "Mordoviya" (Rusiya) - 0:0 "Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, İlqar Qurbanov, Tural İsgəndərov, Cavid Tağıyev, Namiq Ələsgərov "Mordoviya"nın start heyəti: Anton Koçenkov, Aslan Dudiyev, İqor Şitov, İbrahim Niasse, Viktor Vasin, Marko Lomiç, Damyen Le Tallek, Vladimir Bojoviç, Yannik Jalo, Oleq Vlasov, Sergey Samodin |
|
Xəbər 923 dəfə oxundu. |
|
|