Qılıncoynatmanın sablya növü üzrə yarış keçirilib
Azərbaycanın Qılıncoynatma federasiyası yığma komandası sablya növü üzrə 4-9 yanvara qədər Türkiyənin Ankara şəhərinə göndərilib.

10-11 yanvarda İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə kişilər və qadınlar arasında Satilit turnirində 17 ölkə (Germaniya, Avstraliya, Brazilya, Bolqariya, Çexiya, Sinqapur, Türkiyə və.s) o cümlədən Azərbaycanın yığma komandası iştirak edib.

Nəticə:

Qadınlar arasında:

Sabina Mikina - I yer (11döyüş) Azərbaycan;

Sevil Bünyatova - II yer (10döyüş) Azərbaycan

Kişilərdən sablya üzrə 53 iştirakçı qatılıb:

(Germaniya, Avstraliya, Brazilya, Bolqariya, Çexiya, Sinqapur, Türkiyə və.s)

Tağıyev Azər - II yer (10döyüş) Azərbaycan;

Bu yarışda qalib gələn idmançılar Neftçi sağlamlıq mərkəzinin üzvləridir.

Xatırladaq ki, Neftçi klubunun qadın komandası Fransanın Avropa kubokunda bürünc medal qazanıblar.

Xəbər 1798 dəfə oxundu.