Ölkə çempionatı başa çatdı
Şağan Olimpiya Kompleksində boks üzrə böyülkər arasında ölkə çempionatına yekun vurulub.

49 kq çəki dərəcəsində gözlənildiyi kimi Salman Əlizadə qalib gəlib. 2011-ci ilin Avropa çempionu finalda Hacıbaba Fərziyevi məğlub edib.

Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə 52 kq çəki dərəcəsində 1-ci yeri tutmaqla, turnirin sensasiyalarından birinə nail olub. “Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan kubokunun qalibi Araz İmaməliyevi üstələyib.

İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi (56 kq) Azərbaycan çempionatının tapıntısı saymaq olar. 17 yaşlı boksçu finalda da inamlı təsir bağışlayaraq, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. .

60 kq çəki dərəcsində Elvin İsayev hamıdan güclü olduğunu bir daha sübut edib. “Gilan” klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb.

64 kq çəki dərəcsində Elnur Əluyev 1-ci, Xəzər Əliyev isə 2-ci nəticə göstərib.

69 kq çəki dərəcəsində Elvin Quliyev mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Roman Zakirov zədələndiyi üçün rinqə çıxa bilməyib.

WSB liqasından yaxşı tanıdığımız Haybulla Musalovla (75 kq) Kamran Şahsuvarlının görüşü böyük maraq doğururdu. “Gilan” klubunu təmsil edən Musalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

81 kq çəki dərəcəsində prinsipial rəqiblər Rauf Rəhimovla Vətən Hüseynlinin duelindən birinci qalib ayrılıb.

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu sübut edib. Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.

Ümumkomanda hesabında “Rabitə” 1-ci, “Gilan” 2-ci, “Neftçi” isə 3-cü yeri tutub.

Xəbər 871 dəfə oxundu.