"Qarabağ"ın qolunun müəllifi dəyişdirildi
Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirilən "Xəzər Lənkəran" - “Qarabağ” oyununda vurulan qolların müəllifində dəyişiklik edilib.


İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın üçüncü qolu Bədavi Hüseynovun aktivindən silinərək, “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun passivinə yazılıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 888 dəfə oxundu.