Azərbaycan Premyer Liqasında ikinci dövrəyə yekun vuruldu | |
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub. 2014-cü ilin son oyununda “Simurq” “Bakı”nı qəbul edib. Ötən gün keçirilməli olan görüş dumanlı hava şəraiti ilə əlaqədar bu günə təxirə salınmışdı. Saat 12:00-da başlayan matçda hesabı "Bakı" açıb. Nurlan Novruzov qarşılaşmanın 13-cü dəqiqəsində fərqlənib. Ancaq "Bakı" bu üstünlüyünü sonra kimi qoruya bilməyib. Yekun hesab "Simurq"un 5:2 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, qış fasiləsinə “Qarabağ” 34 xalla 1-ci, “İnter” 29 xalla 2-ci, “Neftçi” isə 26 xalla 3-cü pillədə yollanıb. 22 dekabr Azərbaycan Premyer Liqası, 18-ci tur 12:00. “Simurq” – “Bakı” - 5:2 Qollar: Nurlan Novruzov, 13 (0:1), Rəşad Eyyubov, 16 (1:1), Draqan Çeran, 33 (2:1), Rəşad Eyyubov 42 (3:1), İdan Vaytsman, 45 (4:1), Samir Zərgərov, 47 (5:1), Nurlan Novruzov, 70-pen (5:2) Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev Zaqatala şəhər stadionu. 21 dekabr (bazar) “Qarabağ” – “Sumqayıt” - 2:0 Qollar: Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol (2:0) Realllaşdırılmayan penalti: Ramazan Abbasov, 89 (“Sumqayıt”) - qapıçı Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. “Qəbələ” – “İnter” - 1:1 Qırmızı vərəqə: Elvin Məmmədov, 87 ("İnter") Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67 (1:1) Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev Qəbələ şəhər stadionu. “Xəzər Lənkəran” – AZAL - 1:1 Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1) Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov “Xəzər Lənkəran” mərkəzi stadionu. |
|
Xəbər 771 dəfə oxundu. |
|
|