“Bakı” Kipr voleybolçularını da məğlub etdi
Ölkəmizin qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün “Çelenc Cup”un 1/16 final mərhələsində ilk oyuna çıxıb. İdman.com.az saytının məlumatına görə, ilk 2 mərhələdə Kiprin “Famaqusta” və Fransanın “Evre” klublarını sıradan çıxaran paytaxt komandası, növbəti matçda “Apollon”u da məyus edib. Kipr kollektivi voleybolçularımıza müqavimət göstərsə də, setlərdə fərqlənə bilməyib və görüş “Bakı”nın qələbəsi ilə başa çatıb.

11 yanvar

1/16 final mərhələsinin ilk oyunu
“Bakı” (Azərbaycan) – “Apollon” (Kipr) - 3:0 (25:20, 25:19, 25:13)
Hakimlər: Kirill Nesterenko (Rusiya), Qad Eyzikovits (İsrail)

Xəbər 1165 dəfə oxundu.