Geridəqalmış Afrika ölkələri də Premyer Liqamızı qabaqlayır | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci il üçün planetin ən yaxşı 122 liqasının siyahısında Azərbaycan Premyer Liqası da yer alıb. Çempionatımız 98-ci pillədə qərarlaşıb. Klublarımız 2011-ci il ərzində çempionatın hesabına 188,5 xal toplaya biliblər. 2010-cu illə müqayisədə 52,5 xal az yığan Azərbaycan birinciliyi 1 il əvvəlki 86-cı yerdən 12 pillə aşağı yuvarlanıb. Nikaraqua (97), Malayziya (91), Zimbabve (80) və Mali (88) kimi ölkələr bu siyahıda Azərbaycanı qabaqlayır. Çempionatımız Avropada Bosniya və Herseqovina (100-cü yer), Uels (102), Lüksemburq (103), Monteneqro (104), Maltanı (106) liqalardan öndədir. Siyahıya ötən il olduğu kimi, yenə İspaniya Primerosu başçılıq edir – 1194 xal. İngiltərə Premyer Liqası (1103 xal) 2-ci, Braziliyanın A seriyası (889) 3-cü pillədədir. 524,5 xalı olan ölkəmizdə maraqla izlənilən Tükiyə Superliqası dünyanın 24-cü çempionatıdır. Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”un mübarizə apardığı Yunanıstan Superliqası isə daha güclüdür. 582 xala malik çempionat planetin 21-ci liqasıdır. |
|
Xəbər 1086 dəfə oxundu. |
|
|